Ana Sayfa > Karusel / Dünya > Makron: Gənclərimizin Ukraynaya göndəriləcəyi barədə yanlış fikirləri aradan qaldırmalıyıq

Makron: Gənclərimizin Ukraynaya göndəriləcəyi barədə yanlış fikirləri aradan qaldırmalıyıq


Bu gün, 11:14. Yazar: Admin

Fransa Prezidenti- Emmanuel Makron

 

Fransa Ukrayna müharibəsində heç vaxt ön cəbhədə olmağı planlaşdırmayıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “RTL”ə müsahibəsində deyib.

“Əsas təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusudur. Sülh razılaşması imzalandıqdan sonra Ukraynaya zəmanətçi qüvvələr göndəriləcək. Amma biz heç vaxt ön cəbhədə olmağı planlaşdırmamışıq. Biz gənclərimizin Ukraynaya göndəriləcəyi barədə formalaşan yanlış fikirləri aradan qaldırmalıyıq”, - Makron bildirib.

Fransa lideri ABŞ tərəfindən hazırlanan sülh planına Kiyev tərəfindən düzəlişlər edilməsini də məntiqli hesab edir.


Geri dön