Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Novak: Dünyada neft, qaz və elektrik enerjisinə tələbat daha da artır
Ana Sayfa > Karusel / Dünya > Novak: Dünyada neft, qaz və elektrik enerjisinə tələbat daha da artır

Novak: Dünyada neft, qaz və elektrik enerjisinə tələbat daha da artır


Bu gün, 10:24. Yazar: Admin

Novak: Dünyada neft, qaz və elektrik enerjisinə tələbat daha da artır

Qlobal gündəlik neft tələbatının 2025-ci ildə 104,6 milyon barelə çatacağı gözlənilir.

Qarabaginfo.az “TASS”a istinadən verdiyi məlumata görə, bunu Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Biz həmçinin neftə olan tələbatın (gündəlik – red.) artdığını müşahidə edirik. Keçən il bu təxminən 1,3 milyon barel təşkil edib. 2025-ci ildə isə gündəlik tələbatın 104,6 milyon barelə çatacağı gözlənilir”, - Aleksandr Novak qeyd edib.

Bundan əlavə, baş nazirin müavini vuröulayıb ki, dünya üzrə elektrik enerjisinə tələbat da sürətlə artır.

“Keçən ilin yekunlarına görə, ümumi tələbatın artımı 4,3% təşkil edib. Bu, dünya iqtisadiyyatının orta artım tempi olan 3,2%-dən yüksəkdir. Dünyada enerji istehlakı daha çox enerji tələb edən hesablama texnologiyaları, nəqliyyat, elektrikləşdirmə, robotizasiya və süni intellektin tətbiqi hesabına artmağa davam edəcək”, - deyə Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, ən yüksək artım tempi qaz istehlakında müşahidə olunur. Bu, Asiya-Sakit Okean regionunun əsas sürətləndirici faktor olması və bu regionun ölkələrində iqtisadiyyatın daha yüksək tempdə inkişaf etməsi ilə bağlıdır.


Geri dön