Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Koşta: Ukrayna sülh planında həll olunmamış məsələlər var
Ana Sayfa > Karusel / Dünya > Koşta: Ukrayna sülh planında həll olunmamış məsələlər var

Koşta: Ukrayna sülh planında həll olunmamış məsələlər var


24-11-2025, 17:37. Yazar: Admin

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta

Avropa İttifaqı Ukrayna prezidenti Volodimir Zelenskini ehtiyac duyduğu bütün dəstəklə təmin etməyə hazırdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Luandada keçirilən qeyri-rəsmi Aİ Liderləri görüşündən sonra çıxışında deyib.

“Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndələri arasında dünən keçirilən görüş mühüm irəliləyişdir. Bəzi mühüm məsələlər həll olunmamış qalır, amma istiqamət müsbətdir. Avropa İttifaqına birbaşa aid olan mövzularda Aİ tam olaraq iştirak etməli və qərar qəbul etməlidir. Ukrayna Avropanı seçib və Avropa Ukraynanın yanında dayanacaq” , - Koşta bildirib.


Geri dön