Ana Sayfa > Karusel / Dünya > Polşada ağır yol qəzası baş verib, 4 nəfər ölüb

Polşada ağır yol qəzası baş verib, 4 nəfər ölüb


24-11-2025, 13:28. Yazar: Admin

Polşada ağır yol qəzası baş verib, 4 nəfər ölüb

Bu gün Polşanın Xoynı kəndinin yaxınlığında Vrotslav şəhərinə gedən yolda iki yük maşını və iki furgonun iştirakı ilə ölümcül qəza baş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “RMF24” Dövlət Yanğından Mühafizə Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində furqonlardan birində olan 4 nəfər hadisə yerində ölüb.

Digər nəqliyyat vasitəsinin sürücüsü isə xəsarət alıb. O, helikopterlə xəstəxanaya çatdırılıb.

Qəza nəticəsində digər avtomobillər daha az ziyan görüb. Hadisənin səbəbləri polis tərəfindən araşdırılır.


Geri dön