Ana Sayfa > Karusel / Region > Gürcüstanda meşə yanğını başlayıb, üç helikopter cəlb olunub

Gürcüstanda meşə yanğını başlayıb, üç helikopter cəlb olunub


Dünən, 12:36. Yazar: Admin

Gürcüstanda meşə yanğını başlayıb, üç helikopter cəlb olunub

Gürcüstanın İmereti bölgəsində Xani kəndi yaxınlığında qarışıq meşə yamacında yanğın başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.

Yanğının söndürülməsinə 200-ə yaxın yanğınsöndürən, xüsusi texnika və avadanlıqlar cəlb olunub. Əməliyyatda Dövlət Sərhəd Polisinin 3 helikopetri də iştirak edir.

Xidmətin məlumatına əsasən, ərazidə operativ qərargah yaradılıb və yanğının yaşayış məntəqələrinə yayılma təhlükəsi yoxdur.


Geri dön