Almaniya kansleri Fridrix Merz ABŞ-ın Ukrayna üzrə hazırladığı sülh planında dondurulmuş Rusiya aktivlərinin bölüşdürülməsi ilə bağlı təklif olunan müddəaları “qəbuledilməz” adlandırıb.
Qarabaginfo.az xəbər verir ki O, bu barədə ARD-yə açıqlama verib.
Kansler qeyd edib ki, ABŞ Avropa İttifaqına məxsus vəsaitlə bağlı qərar verə bilməz:
“Əgər kredit ayrılacaqsa, bunu edəcək qurum Avropa İttifaqı olacaq və vəsait Ukraynaya silah alışı üçün təqdim ediləcək”.
Merz vurğulayıb ki, maliyyə mexanizmi ilə bağlı məsuliyyət tam şəkildə Aİ-yə məxsusdur və Vaşinqtonun bu prosesə müdaxiləsi yolverilməzdir.