Ana Sayfa > Karusel / Dünya > KİV: ABŞ-ın Ukrayna üzrə planı Cenevrə danışıqlarından sonra dəyişdirilib

KİV: ABŞ-ın Ukrayna üzrə planı Cenevrə danışıqlarından sonra dəyişdirilib


24-11-2025, 08:21. Yazar: Admin

KİV: ABŞ-ın Ukrayna üzrə planı Cenevrə danışıqlarından sonra dəyişdirilib

Cenevrədə ukraynalı və amerikalı rəsmilər arasında aparılan danışıqlardan sonra ABŞ-ın 28 bəndlik sülh planının variantı artıq ilkin versiyadan fərqlənir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Qərb rəsmisinə istinad edən nəşr bildirir ki, planın 20 noyabrda ukraynalı deputat tərəfindən onlayn yayımlanan variantı ilə müqayisədə dəyişikliklər edilib.

Bu düzəlişlər Vaşinqton və Kiyev nümayəndələrinin müzakirələrindən sonra həyata keçirilib.

NYT hansı bəndlərin dəyişdirildiyini açıqlamayıb.


Geri dön