Ana Sayfa > Karusel / Dünya > Türkiyədə mikroavtobusla avtobus toqquşub, ölən və yaralananlar var

Türkiyədə mikroavtobusla avtobus toqquşub, ölən və yaralananlar var


24-11-2025, 08:20. Yazar: Admin

Türkiyədə mikroavtobusla avtobus toqquşub, ölən və yaralananlar var

Türkiyənin Dənizli şəhərində mikroavtobusla şəhərlərarası avtobus toqquşub.

QArabaginfo.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, mikroavtobus qəza nəticəsində aşıb, şəhərlərarası avtobusun sürücüsü ölüb, daha 13 sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, polis əməkdaşları cəlb edilib. Yaralılara hadisə yerində ilk tibbi yardım göstərilib və sonra təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Geri dön