Ana Sayfa > Karusel / Dünya > Yermak: ABŞ nümayəndə heyəti ilə ilk görüş çox məhsuldar keçib

Yermak: ABŞ nümayəndə heyəti ilə ilk görüş çox məhsuldar keçib


23-11-2025, 21:35. Yazar: Admin

Ukrayna Prezident Administrasiyasının rəhbəri

 

Ukrayna Prezident Administrasiyasının rəhbəri və danışıqlar üzrə nümayəndə heyətinin başçısı Andrey Yermak Cenevrədə ABŞ nümayəndə heyəti ilə keçirilən ilk görüşü “çox məhsuldar” adlandırıb və yaxın vaxtlarda ikinci görüşün də keçiriləcəyini bildirib.

Qarabaginfo.az xəbər verr ki, Yermak bunu "Telegram" hesabında yazıb:

“Cenevrədə ABŞ nümayəndə heyəti ilə ilk danışıqlar sessiyası başa çatdı. Təsdiq edə bilərəm ki, amerikalı tərəfdaşlarla çox məhsuldar görüş keçirdik. Çox yaxşı irəliləyiş əldə olundu”.

Onun sözlərinə görə, bu gün yaxın saatlarda ikinci görüş keçiriləcək və tərəflər ümumi təkliflər üzərində Avropa tərəfdaşlarının iştirakı ilə işi davam etdirəcəklər.


Geri dön