Ana Sayfa > Karusel / Dünya > Zelenski və Makron arasında telefon danışığı baş tutub

Zelenski və Makron arasında telefon danışığı baş tutub


23-11-2025, 21:11. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron

 

 Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apardığını açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram"da yazıb.

Onun sözlərinə görə, Cenevrədə Ukrayna nümayəndə heyəti tərəfdaşlarla danışıqları davam etdirir və bu prosesin praktiki nəticə verməsi, Ukrayna və bütövlükdə Avropanı etibarlı sülhə və təhlükəsizliyə yaxınlaşdırması xüsusi əhəmiyyət daşıyır.

“Mövqelərimizi koordinasiya edirik. Əsas odur ki, dialoq var, diplomatiya aktivləşib. Tərəfdaşların arqumentlərimizi eşidəcəyinə ümid edirik”, -Zelenski vurğulayıb.


Geri dön