Ana Sayfa > Karusel / Dünya > Kelloq Zelenskinin sülh planını müzakirə etmək üçün ABŞ-a səfər edə biləcəyini deyib

Kelloq Zelenskinin sülh planını müzakirə etmək üçün ABŞ-a səfər edə biləcəyini deyib


23-11-2025, 10:27. Yazar: Admin

Kelloq Zelenskinin sülh planını müzakirə etmək üçün ABŞ-a səfər edə biləcəyini deyib

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa görə, Volodimir Zelenski Vaşinqtonun Ukraynadakı münaqişənin həlli planını müzakirə etmək üçün ABŞ-a səfər edə bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kelloq “Fox News”a müsahibəsi zamanı danışıb.

"Bu, yaxşı bir plandır. Orada bir az daha yaxşı şəkildə təkmilləşdirilməli və aydınlaşdırılmalı olan şeylər var. Amma biz demək olar ki, buna nail olmuşuq. Düşünürəm ki, Zelenski ABŞ-a gələndə – yəqin ki, gələcək – baxmayaraq ki, heç bir zəmanət yoxdur, bu planın yaxşı bir plan hesab edilməsi ehtimalı var", - Kelloq bildirib.


Geri dön