Ana Sayfa > Karusel / Gündəm > Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş


22-11-2025, 23:12. Yazar: Admin

yanginda-helak-olan-azyasli-vekilin-qizi-imis

Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirənlərdən biri tanınmış vəkilin övladı imiş

Qarabaginfo.az “E-huquq.az”a istinadla xəbər verir ki, yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır.

Onun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi başlanıb.

 


Geri dön