Ana Sayfa > Karusel / Gündəm > Yanğında ölənlərdən biri də dəfn edildi

Yanğında ölənlərdən biri də dəfn edildi


22-11-2025, 21:17. Yazar: Admin

yanginda-olenlerden-biri-de-defn-edildi

Dünən Yasamalda baş verən güclü yanğın zamanı həlak olanlardan biri də Samir Kamal oğlu Məhəmmədovdur.

Qarabaginfo.az “Sumqayit24.az”a istinadən xəbər verir ki, o, bu gün Köhnə Saray qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, mərhumun ailəsi də hazırda reanimasiyadadır. Belə ki, onun övladları – 2021-ci il təvəllüdlü Məhəmməd Mikayıl Samir oğlunun və Məhəmməd Daniel Samir oğlunun müalicələri Toksikologiya şöbəsində davam etdirilir.

Məlumata görə, o “Kapital Bank”da layihə meneceri olaraq çalışıb. 

Bundan əlavə, o yanğın baş verən binanın komendantı kimi fəaliyyət göstərirdi.


Geri dön