Ana Sayfa > Karusel / Cəmiyyət > Yol polisindən 6 rəqəmli nömrələrlə bağlı RƏSMİ AÇIQLAMA
Yol polisindən 6 rəqəmli nömrələrlə bağlı RƏSMİ AÇIQLAMA21-11-2025, 15:50. Yazar: Admin |
![]()
Qarabaginfo.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenanti Rövşən Tağıyev Avtosfer.az-a açıqlamasında 6 rəqəmli yeni dövlət nömrə nişanları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Onun sözlərinə görə, 6 rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq”. Geri dön |