Ana Sayfa > Karusel / Region > Papuaşvili: Brüssel Gürcüstanı özündən asılı vəziyyətdə görmək istəyir
Papuaşvili: Brüssel Gürcüstanı özündən asılı vəziyyətdə görmək istəyir21-11-2025, 09:26. Yazar: Admin |
|
Bugünkü Brüssel müstəqil, öz maraqlarını üstün tutan və milli dəyərlərinə söykənən Gürcüstanı istəmir. Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “İmedi” telekanalına müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Brüssel özündən asılı olan və bütün göstərişləri sözsüz yerinə yetirəcək Gürcüstanı görmək istəyir. Spiker qeyd edib ki, Brüssel, onun siyasəti və yanaşmaları mütləq dəyişməlidir. “Brüssel Avropa dəyərlərindən uzaqlaşıb və Avropa İttifaqının əsaslandığı dəyərlərə geri dönməlidir”, - Papuaşvili əlavə edib. Geri dön |