Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Əmircanın bir hissəsində bu gün işıq olmayacaq
Ana Sayfa > Karusel / Dünya > Əmircanın bir hissəsində bu gün işıq olmayacaq

Əmircanın bir hissəsində bu gün işıq olmayacaq


21-11-2025, 09:25. Yazar: Admin

Əmircanın bir hissəsində bu gün işıq olmayacaq

Əmircanda təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Qarabaginfo.az-a verilən məlumata görə, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Əmircan qəsəbəsinin elektrik şəbəkəsində 21 noyabr tarixində təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Elxan Həsənov, Malik Mustafayev, Zülal Tağıyev, İlham Şükürov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Geri dön