Ana Sayfa > Karusel / İqtisadiyyat > Gələn il üçün yaşayış minimumu 300 manat olacaq

Gələn il üçün yaşayış minimumu 300 manat olacaq


20-11-2025, 16:51. Yazar: Admin

Gələn il üçün yaşayış minimumu 300 manat olacaq

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.

Qarabaginfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılacaq.

Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Geri dön