Ana Sayfa > Karusel / Dünya > Peskov Rusiya və ABŞ-ın Ukrayna ilə bağlı dialoqunda "yenilik olmadığını" bildirib

Peskov Rusiya və ABŞ-ın Ukrayna ilə bağlı dialoqunda "yenilik olmadığını" bildirib


20-11-2025, 14:51. Yazar: Admin

Picture background

Ankoricdə deyilənlərə əlavə edəcək yeni bir şey yoxdur.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukraynadakı müharibəni həll etmək üçün ABŞ-Rusiya birgə planı haqqında qərb mətbuatında yayılan məlumatlara münasibət bildirib.

Kremlin sözçüsü 28 maddəlik planın mövcudluğunu təsdiqləyib-təsdiqləməməklə bağlı suala belə cavab verib:

"Xeyr, mən yalnız bu süjetlə bağlı dəfələrlə təkrarladığımızı deyə bilərəm. Ankoricdə deyilənlərə əlavə edəcək yeni bir şeyimiz yoxdur. Bu işdə heç bir yenilik yoxdur".


Geri dön