Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Trampın sülh planı: Donbas Rusiyaya icarəyə verilir
Ana Sayfa > Karusel / Dünya > Trampın sülh planı: Donbas Rusiyaya icarəyə verilir

Trampın sülh planı: Donbas Rusiyaya icarəyə verilir


20-11-2025, 14:04. Yazar: Admin

Trampın sülh planı: Donbas Rusiyaya icarəyə verilir

Rusiya ilə Ukrayna arasındakı müharibənin həlli üçün hazırlanmış planda Donbasın icarəyə verilməsi mexanizmini təklif olunur.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Telegraf” qəzeti məlumat yayıb.

Məlumata görə, Rusiya Ukraynaya minerallarla zəngin olan bölgə üzərində nəzarət üçün maliyyə təzminatı ödəyəcək:

“Ödənişlərin məbləği açıqlanmır, lakin bu yanaşma Kiyevə ərazidən imtina halında milli referendum keçirmək üçün konstitusiya tələbini aşmağa imkan verəcək. Eyni zamanda, Donbas qanuni olaraq Ukraynanın bir hissəsi kimi qalacaq, baxmayaraq ki, faktiki olaraq Rusiya tərəfindən idarə olunacaq”.

 


Geri dön