Ana Sayfa > Karusel / Region > Paşinyan: II Qareginin vəzifədən kənarlaşdırılması prosesi davam edir

Paşinyan: II Qareginin vəzifədən kənarlaşdırılması prosesi davam edir


20-11-2025, 13:55. Yazar: Admin

Ermənistanın Baş naziri Nikol Paşinyan

Artıq azadetmə prosesi başlayıb, davam edir və qaçılmaz olaraq yekunlaşacaq.

Qarabaginfo.az xəbər verir ki, bu fikri Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə bütün ermənilərin katolikosu II Qaregindən danışarkən bildirib.

“Ermənistanda bu günlərdə ruhi yenilənmə prosesi baş verir və bunu böyük sevinc ilə qeyd edirəm”, - Paşinyan vurğulayıb.


Geri dön