Ana Sayfa > Karusel / Dünya > Rusiyanın Ternopola hücumundan sonra itkin düşmüş 22 nəfərin axtarışı davam edir

Rusiyanın Ternopola hücumundan sonra itkin düşmüş 22 nəfərin axtarışı davam edir


20-11-2025, 12:03. Yazar: Admin

Picture background

Rusiyanın Ternopoldakı yaşayış binasına hücumu nəticəsində dağıntılar altında qalanların axtarışı davam edir.

Qarabaginfo.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında hadisə ilə bağlı son məlumatları bölüşüb.

“Bütün gecə xilasedicilər işləyiblər və axtarış-xilasetmə tədbirləri hələ də davam edir. 22 nəfər hələ də itkindir. Ukraynanın 9 regionundan 230-dan çox xilasedici əraziyə cəlb olunub. İndiyə kimi 26 nəfərin ölümü təsdiqlənib. Bunların arasında3 uşaq da var” , -Zelenski bildirib.

Qeyd edək ki, Rusiya dünən Ukraynanın digər regionlarına da raket və dronlarla hücum edib.


Geri dön