Ana Sayfa > Karusel / İqtisadiyyat > ABŞ-ın kommersiya neft ehtiyatları 425 mln. bareldən aşağı enib

ABŞ-ın kommersiya neft ehtiyatları 425 mln. bareldən aşağı enib


20-11-2025, 10:36. Yazar: Admin

ABŞ-ın kommersiya neft ehtiyatları 425 mln. bareldən aşağı enib

ABŞ-da kommersiya neft ehtiyatları 3 426 min barel azalıb və 424 155 min barel təşkil edib.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 600 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.


Geri dön