Ana Sayfa > Karusel / Multimedia > Qazaxıstan: Xəzərdə çəkilən kabel xətti regionda informasiya axınını sürətləndirəcək

Qazaxıstan: Xəzərdə çəkilən kabel xətti regionda informasiya axınını sürətləndirəcək


Bu gün, 15:54. Yazar: Admin

Qazaxıstan: Xəzərdə çəkilən kabel xətti regionda informasiya axınını sürətləndirəcək

Qazaxıstanın 2026-cı il üçün əsas layihələrindən biri Xəzər dənizinin dibi ilə Avropa və Asiyanı birləşdirəcək kabel xəttinin çəkilməsidir.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində keçirilən plenar iclasda Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye üzrə nazir müavini Dosjan Ualdinoviç Musaliev deyib.

O qeyd edib ki, bu layihə region ölkələri – o cümlədən Azərbaycan üçün müasir rəqəmsal infrastruktura çıxış imkanı yaradacaq və regiondaxili informasiya axınını sürətləndirəcək.

Dosjan Musaliev Qazaxıstanda yeni süni intellekt mərkəzinin yaradıldığını və bu mərkəzin gələcəkdə Azərbaycan kimi tərəfdaş ölkələrlə birgə layihələr üçün əlverişli platforma olacağını vurğulayıb.


Geri dön