Ana Sayfa > Karusel / Dünya > Trampın Ağ Evdə söküntü qərarının səbəbi üzə çıxdı

Trampın Ağ Evdə söküntü qərarının səbəbi üzə çıxdı


Bu gün, 15:32. Yazar: Admin

 

ABŞ lideri yeni bədii-tədbir zalı yaratmaq üçün Şərq qanadının sökülməsinə göstəriş verib.

Ağ evdə aparılan genişmiqyaslı tikinti işlərinin səbəbi aydınlaşıb.

Qarabaginfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Şərq qanadını tamamilə sökdürərək onun yerində böyük tutumlu yeni bədii-tədbir zalı inşa etdirməyi qərara alıb.

1942-ci ildə tikilmiş həmin Şərq qanadı uzun illər birinci xanımın ofisi və müxtəlif inzibati otaqlar üçün istifadə olunurdu. Lakin son məlumatlara əsasən, binadan demək olar ki, heç nə qalmayıb – hətta əsasın özü də sökülüb. Vaşinqton abidəsindən çəkilmiş son görüntülərdə həmin ərazidə böyük qazıntı meydanı və ağır texnikanın işlədiyi sahə açıq görünür.

Yeni zalın təxminən 650 nəfər tutumu olacağı bildirilir. Məkan rəsmi qəbul mərasimləri, dövlət ziyafətləri və geniş tədbirlərin təşkili üçün nəzərdə tutulub. Layihənin Ağ evin tarixi məkanında daha çox insanı eyni anda qəbul etməyə imkan verəcəyi vurğulanır.

Ağ evin rəsmi məlumatında qeyd olunub ki, sökülmüş köhnə tikililər “estetik baxımdan gözəgələn sayılmırdı” və yeni konsepsiya memarlıq baxımından daha səliqəli və təmtəraqlı görünüş yaradacaq.


Geri dön