Avropa Çindən gətirilən ucuz geyimlərlə dolub daşmaqdadır. Temu və Shein onlayn mağazaları saxtakarlıq, aqressiv reklam və pis əmək şəraitinə görə tənqid olunur.
Qarabaginfo.az xarici mediaya istinadən bildirir ki, buna baxmayaraq, bir çox alıcı geniş seçim və aşağı qiymətlərdən məmnundur. Hər iki şirkət istehsalçılara geyim və digər malların birbaşa satışını təklif edir.
Hər iki onlayn mağaza Avropa Birliyinin 150 avrodan aşağı bağlamaları idxal tariflərindən azad etməsi barədə qərarından faydalanır. Avropa Komissiyasının fevral ayı hesabatına görə, 2024-cü ildə AB-yə təxminən 4,6 milyard ucuz mal idxal edilib. Bu, gündə 12,5 milyon bağlama deməkdir. Bunun 91 faizi Çindən gəlir. Bu da əvvəlki ilin göstəricisindən iki dəfə, 2022-ci ilin göstəricilərindən isə üç dəfədən çoxdur. Əlbəttə ki, bütün göndərişlər Temu və Shein-dən deyil.
Bundan əlavə, Avropa Komissiyasının istehlakçı hüquqlarının müdafiəsi üzrə mütəxəssisləri dəfələrlə AB standartlarına cavab verməyən təhlükəli məhsullar barədə xəbərdarlıq ediblər.
Mal və xidmətlər üçün müstəqil sınaq fondu olan Stiftung Varentest tərəfindən dərc edilmiş yeni bir araşdırmanın nəticələri həyəcanvericidir. Temu və Shein-də sadalanan istehsalçılardan alınan 162 məhsuldan 110-u AB standartlarına cavab vermir, təxminən dörddə biri potensial təhlükəli hesab olunur.
