Ana Sayfa > Karusel / Dünya > Sentyabrda Polşanın hava məkanını pozan Rusiya dronlarında partlayıcı maddə olub

Sentyabrda Polşanın hava məkanını pozan Rusiya dronlarında partlayıcı maddə olub


Bu gün, 15:43. Yazar: Admin

Sentyabrda Polşanın hava məkanını pozan Rusiya dronlarında partlayıcı maddə olub

Sentyabrın 9-dan 10-a keçən gecə Polşanın hava məkanını pozan Rusiya dronlarının bir hissəsinin partlayıcı maddə daşıdığı məlum olub.

Qarabaginfo.az xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələrinin general-leytenantı Masey Kliş RMF24-ə açıqlayıb.

Onun sözlərinə görə, bəzi Rusiya dronları, o cümlədən hava hücumundan müdafiə sistemlərini yükləmək üçün “tələ” kimi buraxılan dronlar partlayıcı qurğularla təchiz olunubmuş.

Kliş qeyd edib ki, həmin aparatların kartondan və ya kağızdan hazırlandığına dair iddialar tam şəkildə həqiqəti əks etdirmir.

General əlavə edib ki, sentyabr ayında Rusiya dronlarının Polşa üçün yaratdığı təhlükə “tam real” olub.


Geri dön