Ana Sayfa > Karusel / Dünya > Papuaşvili Ukrayna hakimiyyətini nankorluqda ittiham edib

Papuaşvili Ukrayna hakimiyyətini nankorluqda ittiham edib


Bu gün, 13:16. Yazar: Admin

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

"Biz Ukrayna hakimiyyətinin gürcü xalqına qarşı qeyri-dost münasibətini görürük".

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

O, bu münasibətin Ukrayna hakimiyyəti tərəfindən böyük nankorluq olduğunu bildirib.

“Təəssüflər olsun ki, Zelenski hakimiyyəti gürcü xalqına qarşı nankorluğu ilə seçilir. Ukraynada xalqı təmsil edən ləyaqətli hakimiyyəti görməyi arzulayıram”, - spiker əlavə edib.

Qeyd edək ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Gürcüstanın “TV Pirveli” kanalına müsahibəsində Gürcüstanı Rusiyanın marioneti adlandırıb. O bildirib ki, Gürcüstan hakimiyyətinin addımları Rusiyanın maraqlarına uyğundur və avroatlantik inteqrasiya ilə ziddiyyət təşkil edir.


Geri dön