Ana Sayfa > Karusel / Dünya > ABŞ dövlət katibinin müavini bu həftə Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin müavini bu həftə Azərbaycana səfər edəcək


Bu gün, 13:01. Yazar: Admin

Elison M. Huker, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini

 

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M. Huker Azərbaycana səfər edəcək.

Qarabaginfo.az ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən məlumat verir ki, səfər bu həftə baş tutacaq.

Qeyd edək ki, xanım Huker hazırda Ermənistandadır, daha sonra Azərbaycana gələcək.

Dövlət katibinin müavininin regiona noyabrın 15-də başlayan səfəri noyabrın 21-də başa çatacaq.


Geri dön