Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Erməni katolikosunun qardaşı və qardaşı oğlu barəsində cinayət işi məhkəməyə göndərilib
Erməni katolikosunun qardaşı və qardaşı oğlu barəsində cinayət işi məhkəməyə göndərilibBu gün, 12:27. Yazar: Admin |
|
Ermənistanda Katolikos II Qareqinin qardaşı Qevork və qardaşı oğlu Ambartsum Nersisyanlar barəsində cinayət işi məhkəməyə göndərilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası ölkə prokurorluğuna istinadən məlumat yayıb. Məlumata görə, onlar “Respublika” partiyasının Vaqarşapatdakı seçkiqabağı təşviqatına mane olmaqda ittiham olunurlar. İstintaqın versiyasına görə, noyabrın 1-də Voskeat kəndində (Vaqarşapatın böyük icmasına daxil olan) Qevork və Ambartsum Nersisyanlar mübahisə yaradaraq partiyanın seçkiqabağı bukletlər paylayan üzvünü təhqir ediblər. Hadisə ilə bağlı araşdırma başa çatdırılıb və iş müvafiq ittiham aktı ilə məhkəməyə təqdim olunub. Geri dön |