China Visitors Summit Azərbaycan turizmi üçün yeni imkanlar açır.
Qarabaginfo.az xəbər verir ki, Bakıda keçirilən “China Visitors Summit”də “China i2i Group” şirkətinin baş direktoru Alexander Glos deyib.
Alexander Glos bildirib ki, bu ilki sammitə Çindən 51 turizm şirkəti qatılıb və Azərbaycanın müxtəlif bölgələrini təmsil edən turizm təchizatçıları ilə üz-üzə görüşlər üçün geniş imkan yaradılıb. O qeyd edib ki, CVS yalnız biznes əlaqələrinin qurulduğu platforma deyil, həm də Çin turizm bazarını anlamaq üçün “sinif otağı” rolunu oynayır.
Onun sözlərinə görə, Çin bu gün dünyanın ən böyük çıxış turizm bazarlarından biridir: artıq 200 milyondan çox Çin vətəndaşının xarici pasportu var və onların illik qlobal turizm xərcləri 200 milyard dollar həddini keçir. Glos vurğulayıb ki, istənilən turizm xidməti və ya otel üçün Çin bazarından uyğun turist axını tapmaq mümkündür.