Ana Sayfa > Karusel / Dünya > Merts Almaniyanın tarixi məsuliyyətini xatırlatdı

Merts Almaniyanın tarixi məsuliyyətini xatırlatdı


Bu gün, 10:16. Yazar: Admin

 

Mertz
Mertz

Almaniya kansleri Fridrix Merts Almaniyada Xalq Hüznü Günündə çıxış edərək ölkəsinin xüsusi tarixi məsuliyyəti olduğunu vurğulayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Merts sosial şəbəkə X-də paylaşım edib.

Kansler yazıb ki, dünya hələ də həssasdır və bu gün Almaniya üçün önəmli olan, həm öz təhlükəsizliyini, həm də azadlığını qorumağa qadir sülhpərvər dövlət kimi çıxış etməkdir. Paylaşımda Merts yanında Almaniya prezidenti Frank-Valter Ştaynmayer, İtaliya prezidenti Serco Mattarella və Bundestaq sədri Yuliya Klöknərin olduğu foto əlavə edib.

Xalq Hüznü Günü Almaniyada noyabrın ortasında keçirilir və müharibələrin qurbanlarını anmağa həsr olunub. Mertsin sözlərinə görə, bu günlər tarixi dərsləri xatırlamaq və gələcək üçün məsuliyyət daşımaq baxımından əhəmiyyətlidir.


Geri dön