Ana Sayfa > Karusel / Dünya > ABŞ-ın “Gerald R. Ford” təyyarədaşıyan gəmisi Karib dənizinə çatıb
ABŞ-ın “Gerald R. Ford” təyyarədaşıyan gəmisi Karib dənizinə çatıbBu gün, 08:32. Yazar: Admin |
|
“Gerald R. Ford” təyyarədaşıyan gəmisinin komandanlığı altında ABŞ gəmilərindən ibarət zərbə qrupu Karib dənizinə daxil olub. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat verib. "USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin zərbə qrupunun yerləşdirilməsi Qərb yarımkürəsinin təhlükəsizliyini qorumaq əzmimizin gücləndirilməsində mühüm addımdır", - məlumatda deyilir. Qeyd edək ki, “CBS News” 13 noyabr tarixində Pentaqonun prezident Donald Trampa quru hədəflərinə zərbələr də daxil olmaqla, Venesuelaya qarşı potensial əməliyyatlar üçün yenilənmiş planları təqdim etdiyini açıqlayıb. Pentaqonun mətbuat xidməti bu məlumatı şərh etməkdən imtina edib. Geri dön |