İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Livanın cənubuna zərbə endirib və nəticədə “Hizbullah” hərbi rəhbərliyinin iki üzvü həlak olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, öldürülən Məhəmməd Şveyya və Radvan Xaşab İsrail pilotsuz təyyarəsinin raket atəşinə tutduğu nəqliyyat vasitəsində olublar.
Hadisə Tir sərhəd bölgəsindəki əl-Mansuri qəsəbəsində baş verib. Pilotsuz təyyarənin hücumundan sonra nəqliyyat vasitəsi alovlanıb və içindəki şəxslər aldıqları yaralardan ölüblər.