Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Yunanıstan və Ukrayna dəniz PUA-larının hazırlanmasında əməkdaşlıq edəcək
Ana Sayfa > Karusel / Dünya > Yunanıstan və Ukrayna dəniz PUA-larının hazırlanmasında əməkdaşlıq edəcək

Yunanıstan və Ukrayna dəniz PUA-larının hazırlanmasında əməkdaşlıq edəcək


Dünən, 21:40. Yazar: Admin

Yunanıstan və Ukrayna dəniz PUA-larının hazırlanmasında əməkdaşlıq edəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Afinada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə sahəsində əməkdaşlığı müzakirə edib və dəniz tipli pilotsuz uçuş aparatlarının hazırlanması və istifadəsi üzrə birgə fəaliyyət barədə razılığa gəliblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ANA-MPA agentliyi məlumat yayıb.

Görüşdən sonra yayılan birgə bəyanatda qeyd olunur ki, tərəflər “dəniz təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş müdafiə əməkdaşlığını dərinləşdirmək, o cümlədən dəniz PUA-larının hazırlanması və istifadəsi, bu sahədə birgə təlimlər və tədris proqramlarının keçirilməsi, həmçinin dəniz təhlükələri barədə məlumat mübadiləsinin genişləndirilməsi” barədə razılığa gəliblər.

 


Geri dön