Macarıstan rəhbərliyi Ukrayna münaqişəsinin eskalasiyasına səbəb ola biləcək Avropa İttifaqı qərarlarının qarşısını almaqda israrlıdır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto bildirib.
“Əgər Brüssel bizi müharibəyə sürükləməyə çalışsa, biz belə qərarlara qarşı veto hüququmuzdan istifadə edəcəyik”, – deyə nazir vurğulayıb.
Siyarto əlavə edib ki, zərurət yaranarsa, Budapeşt müharibə və sülh məsələlərində Aİ-nin digər 26 üzvündən fərqli mövqe tutmağa hazırdır.