Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Kiyevə atılan “İskəndər”in qəlpələri səfirliyimizin binasına düşüb
Kiyevə atılan “İskəndər”in qəlpələri səfirliyimizin binasına düşübBu gün, 14:17. Yazar: Admin |
|
Rusiya ordusu noyabrın 14-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı zərbələr endirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında paylaşıb. Onun sözlərinə görə, rusiyalı hərbçilərin Kiyevə atdığı “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb. Zelenski bildirib ki, ümumilikdə hücum zamanı təqribən 430 dron və 18 raketdən istifadə olunub. *** Azərtac-ın məlumatına görə, raketlərdən birinin səfirliyin ərazisinə düşməsi nəticəsində orada böyük bir yarıq əmələ gəlib. Səfirliyimizin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri dön |