Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > DTX rəisi: Bəzi destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına hər vəchlə maneçilik törətməyə çalışır
Ana Sayfa > Karusel / Siyasət > DTX rəisi: Bəzi destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına hər vəchlə maneçilik törətməyə çalışır

DTX rəisi: Bəzi destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına hər vəchlə maneçilik törətməyə çalışır


Bu gün, 14:13. Yazar: Admin

Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası

 

Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır.

Qarabaginfo.az xəbər verir ki, bunu Xankəndi şəhərində keçirilən türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.

General-polkovnik Əli Nağıyev beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təminatında, onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və sair mənfi təzahürlü hallardan qorunmasında xüsusi xidmət orqanlarının oynadığı roldan da ətraflı söhbət açıb.

Vurğulanıb ki, Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır və bu amil göstərilən istiqamətdə təhlükəsizliyin etibarlı təmin olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.


Geri dön