Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Ana Sayfa > Karusel / Region > Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub

Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub


12-11-2025, 16:42. Yazar: Admin

Tural Vəliyev

 

Gürcüstanın Bolnisi rayonunun meri Zamur Çitanavaya üç müavin təyin olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bolnisi bələdiyyəsinin Şəhər Şurasından bildirilib.

Məlumata əsasən, Aleksandre Zabaxidze merin birinci müavini, Valentina Naveriani və Tural Vəliyev isə müavinləri vəzifələrinə təyinat alıblar.

Vəliyev ixtisasca hüquqşünasdır, müxtəlif qurumlarda iş təcrübəsinə malikdir. O, 2021-2025-ci illərdə Dmanisi merinin köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Zamur Çitanava bu ilin oktyabrın 4-də keçirilmiş yerli seçkilərdə hakim “Gürcü Arzusu” partiyasının namizədi olaraq Bolnisi meri seçilib.


Geri dön