Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Nazirlikdən deputat Səyyad Arana cavab- Məsələ həllini tapacaq
Ana Sayfa > Karusel / Gündəm > Nazirlikdən deputat Səyyad Arana cavab- Məsələ həllini tapacaq

Nazirlikdən deputat Səyyad Arana cavab- Məsələ həllini tapacaq


12-11-2025, 14:23. Yazar: Admin

 

Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların təmir və bərpası ilə bağlı siyahı hazırlayıb.

Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.

Nazir müavini xatırladıb ki, hazırda nazirliyin tabeliyindəki 6 mindən çox müəssisənin 3 minindən çoxu kitabxanalardır:

“2003-cü ildə bütün kitabxanaları ziyarət edib, təmiri və bərpası ilə bağlı siyahıları hazırlamışıq. Onlaırn fəaliyyətinin aktuallığı nəzərə alınaraq  hər il nazirlik tərəfindən  həmin müəssisələrin  təmirinə vəsait ayrılır”, – o qeyd edib.

Nazir müavini deputat Səyyad Aranın İmişli rayonunda kitabxanalarındakı problemlə bağlı qaldırdığı məsələyə reaksiya verərək deyib ki,  həmin məsələ növbəti ilin planın salınıb və həllini tapacaq.


Geri dön