Dünyada təxminən 730 milyon insan hələ də elektrik enerjisinin olmadığı şəraitdə yaşayır.
Bu barədə Qarabaginfo.az-a Beynəlxalq Enerji Agentliyinin (IEA) “Dünya Enerji Mənzərəsi – 2025” (World Energy Outlook – 2025, WEO-2025) hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunub ki, dünyada hazırda 2 milyarda yaxın insan sağlamlığa zərər verən yemək bişirmə üsullarından istifadə edir.
WEO-2025-də yeni bir ssenari ölkələr üzrə 2035-ci ilə qədər universal elektrik enerjisinə çıxışı və 2040-cı ilə qədər təmiz yemək bişirmə imkanlarını təmin etmək yolunu göstərir, burada ən böyük rol maye neft-qazına (LPG) düşür.