Ana Sayfa > Karusel / Region > Paşinyan Azərbaycanla ərazi mübadiləsi məsələsindən danışıb
Paşinyan Azərbaycanla ərazi mübadiləsi məsələsindən danışıb12-11-2025, 12:54. Yazar: Admin |
|
Baş nazir Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsi məsələsindən danışıb. Qarabaginfo.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, Paşinyan bildirib ki, delimitasiya çərçivəsində Azərbaycanla ərazi mübadiləsi olarsa, Ermənistan vətəndaşlarının mövqeyi lazım olacaq. “Heç kim Ermənistan xalqının iradəsinə qarşı başqa ssenari ilə gedə bilməz. Bu, Ermənistan vətəndaşlarının mövqeyi olmadan baş verə bilməz”, - Baş nazir vurğulayıb. Geri dön |