Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Aztelekom xəbərdarlıq olmadan abunəçinin Wİ-Fİ adı və şifrəsini niyə dəyişib?
Ana Sayfa > Karusel / Dünya > Aztelekom xəbərdarlıq olmadan abunəçinin Wİ-Fİ adı və şifrəsini niyə dəyişib?

Aztelekom xəbərdarlıq olmadan abunəçinin Wİ-Fİ adı və şifrəsini niyə dəyişib?


12-11-2025, 10:28. Yazar: Admin

Aztelekom şirkətinin internet xidmətlərindən istifadə edən vətəndaş şirkətin davranışından narazılığını ifadə edib.

AzPost xəbər verir ki, Zabil adlı abunəçi sosial şəbəkədə paylaşım edərək qeyd edib ki, onun Wi-Fi şəbəkəsinin adı və şifrəsi heç bir məlumat verilmədən dəyişdirilib.

Onun sözlərinə görə, məsələ ilə bağlı “Aztelekom”un qaynar xətti ilə əlaqə saxlayıb, əməkdaş isə bildirib ki, dəyişiklik “ATS” tərəfindən aparılıb və yeni ad-şifrə təqdim edib. Lakin vətəndaşın yazdığı şifrə uyğun gəlməyib.

“Dedilər o zaman əməkdaş yönləndirəcəyik ünvana. Düşündüm ki, elə özüm yaxınlaşım. Regionda fəaliyyət göstərən filialda başqa şifrə dedilər, o da işləmədi. İndi oturub əməkdaşın gəlməsini gözləyirəm,” – deyə o yazıb.

Zabil bildirib ki, abunəçinin razılığı və məlumatı olmadan bu cür dəyişikliklərin aparılması düzgün deyil:

“Ola bilər sistem yenilənməsi olsun, amma bu zaman abunəçiyə öncədən məlumat verilməlidir. Qaynar xətti yığmaqla həm pulum, həm də vaxtım gedir, əsəbləşirəm.”

O, müştəri sektorunda çalışan biri kimi bu yanaşmanı “laqeyd və qəbulolunmaz” adlandırıb.


Geri dön