Ana Sayfa > Karusel / Siyasət > Şahbaz Şərifin Bakıya səfər proqramı açıqlandı

Şahbaz Şərifin Bakıya səfər proqramı açıqlandı


Dünən, 11:40. Yazar: Admin

sahbaz-serifin-bakiya-sefer-proqrami-aciqlandi

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfər proqramı açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 7-8-də baş tutacaq səfər çərçivəsində Ş.Şərif Bakıda Zəfər Günü ilə bağlı keçiriləcək hərbi paradda iştirak edəcək.

Bununla yanaşı, Pakistan Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirəcək.

 


Geri dön