COP29 və COP30 tədbirləri çərçivəsində 2025-ci ildə Belem şəhərinə ezam olunan heyət üzvlərinin təqdim edilmiş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının (qeyd olunan əlavə nəzərə alınmaqla) 60 faizindən çox olduğu halda həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödəniləcək.
Qarabaginfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
COP30 tədbirləri çərçivəsində 2025-ci il ərzində Belem şəhərinə ezam olunarkən ezamiyyə xərclərinin bir günlük normasına həmin şəhərlər üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin bir günlük normasının 50 faizi məbləğində əlavə də ödəniləcək.