Ukrayna Avropa Birliyinin müdafiə Fonduna çıxış əldə edəcək.
Qarabaginfo.az bildirir ki, bu barədə Avropa Parlamenti və Şura nümayəndələri tərəfindən ilkin razılıq əldə edilib.
Qərar təsdiqləndikdən sonra Ukrayna şirkətləri müdafiə sektorunda Aİ tərəfindən maliyyələşdirilən tədqiqat və inkişaf layihələrində iştirak edə biləcəklər.
Avropa Birliyinin müdafiə Fondu Aİ-nin müdafiə sektorunda rəqabət qabiliyyətini və səmərəliliyini artırmaq üçün yaradılıb. Bu məqsədlərə çatmaq üçün Avropa Birliyi 2021-2027-ci illər üçün təxminən 9,5 milyard avro ayırıb.
Avropa Parlamenti və Şura həmçinin əvvəllər adətən mülki məqsədlər üçün istifadə edilən Aİ fondlarından müdafiə məqsədləri üçün istifadə etmək barədə razılığa gəliblər. Xüsusilə, tərəflər Horizon Europe tədqiqat və innovasiya maliyyə dəstəyi proqramını ikili təyinatlı və müdafiə sektorundakı şirkətləri əhatə etmək üçün genişləndirmək barədə razılığa gəliblər.
