Ana Sayfa > Karusel / Kriminal > “Tarqovı”da 19 yaşlı oğlan öldürüldü - Əmisi saxlanıldı

“Tarqovı”da 19 yaşlı oğlan öldürüldü - Əmisi saxlanıldı


Bu gün, 16:12. Yazar: Admin

tarqovida-19-yasli-oglan-olduruldu

Bakının mərkəzində qətl törədilib.

Qarabaginfo.az xəbər verir ki, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub.

Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri dön