Ana Sayfa > Karusel / Gündəm > Daha üç rayonda şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Daha üç rayonda şəhid ailələrinə təqaüd kartları təqdim edilib4-01-2021, 11:59. Yazar: Admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Lənkəranın Ürgə kəndində şəhid polkovnik-leytenant Mehman Şirvanovun, Masallı rayonunda şəhid Murad Nefesovun və Biləsuvarın Nəsimi kəndində şəhid Seyran Vəliyevin ailələrində olublar. Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, hər üç şəhid ailəsinə Prezidentin aylıq təqaüdü, sosial müavinətlər artıq təyin edilib. Fondun sədr müavini Mətin Əsgərli bu barədə şəhid ailələrinə məlumat verib, təqaüd kartlarını, həmçinin “Şəhid ailəsi üzvü” vəsiqələrini təqdim edib. Şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri onların diqqətinə çatdırılıb. İstədikləri halda bu tədbirlərdən necə faydalanmaları olduqları, ümumilikdə gələcəkdə yaşayışlarının daim diqqətdə saxlanacağı barədə məlumat verilib. Şəhidlərin ailələrinin sosial vəziyyətləri öyrənilib, onların ailə üzvlərinin məşğulluq və özünüməşğulluq yönümündə gələcəkdə müvafiq dəstək tədbirləri ilə əhatə olunmaları üçün qeydlər aparılıb. Geri dön |