Ana Sayfa > Karusel / Siyasət > Prezident: Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır

Prezident: Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır


6-11-2025, 12:49. Yazar: Admin

Prezident İlham Əliyev

 

Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub.

Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı - torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd edib ki, ordumuzun müasiriləşdirilməsi prosesi bundan sonra da davam edəcək.


Geri dön