Ana Sayfa > Karusel / Dünya > Sudanda təyyarə qəzaya uğradı: bütün heyət həlak oldu

Sudanda təyyarə qəzaya uğradı: bütün heyət həlak oldu


Bu gün, 17:43. Yazar: Admin

Sudanda təyyarə qəzaya uğradı: bütün heyət həlak oldu

Sudanın Qərbi Kordofan ştatında Babanus şəhəri yaxınlığında texniki nasazlıq səbəbindən hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Qarabaginfo.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Sudan Tribune" qəzeti 22-ci piyada diviziyasının bəyanatına istinadən məlumat verib.

Qeyd olunur ki, aviasiya bölgədə "Çevik Dəstək Qüvvələri" (RSF) hərəkatının mövqelərini bombardman etmək və Babanusda mühasirədə olan ordu bölmələrini təchiz etmək üçün istifadə olunur.

Hərbçilər məlumat veriblər ki, təchizat missiyası başa çatdıqdan sonra sağ qanadda nasazlıq səbəbindən təyyarə tarazlığını itirib, alovlanıb və qəzaya uğrayıb.

Məlumata görə, ekipajın bütün üzvləri həlak olublar. Təyyarədəki insanların dəqiq sayı və milliyyəti qeyd olunmayıb.

Öz növbəsində, RSF Babanus üzərində "İl" hərbi təyyarəsini vurduğunu iddia edib.

 


Geri dön