“Zəngəzur dəhlizi və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bir-birinə rəqib olmayacaq”.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada MDB Təhlükəsizlik Şuraları katiblərinin görüşündən sonra jurnalistlərə bildirib.
“Hesab edirəm ki, bu yollar Azərbaycanın öz rayonları ilə birləşməsi və ölkələr arasında ticarət üçün nəqliyyat dəhlizlərinin yaradılması baxımından zəruridir”, - o qeyd edib.
Şoyqu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ən uzaq Cənub limanlarını Şimal Buzlu Okeanı, Şimal dəniz yolu ilə birləşdirdiyini xatırladıb.
“Mən bunda pis heç nə görmürəm. Rəqabət söhbəti yoxdur”, - o vurğulayıb.